Yusif Şeyxov

Yusif Şeyxov

Yusif Mənsur oğlu Şeyxov (d. 2 fevral 1951) — Azərbaycan ssenaristi, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri. 2018-ci 2021-ci illərdə Dövlət Film Fondunda baş mütəxəssis vəzifəsində çalışmışdır. Yusif Şeyxov 1951-ci il fevralın 2-də Bakıda anadan olub. Burada 23 saylı orta məktəbi bitirib. İki il (1969-1970) Neft-Kimya İnstitutunda, 1970-1975-ci illərdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. Yusif Şeyxov 13 yaşında məşhur olarkən Sehrli xalat filmində pioner Eldar rolunda çəkilib. Sonradan "Azərbaycanfilm" kinostudiyasında, 1979-1985-ci illərdə isə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə "Azərkinoprokat" idarəsinin müdiri işləyib. 1990-2001-ci illərdə "Azərkinovideo" birliyində baş direktor müavini vəzifəsində çalışıb. Kinoya bağlılıq uşaqlıq yaşlarından – "Mən rəqs edəcəyəm" filmində epizodik rolda, "Sehrli xalat" filmində baş rollardan birinə çəkildikdən sonra yaranıb. Bir neçə sənədli ("Qobustan", "Portret. Tokay Məmmədov", "Dua" və b.), animasiya ("Qızıl", "İt sərgisi") fiminin, eləcə də "Arxada qalmış gələcək" bədii filminin ssenari müəllifidir. "Mozalan" kinojurnalı üçün süjetlər yazıb: "Tövbə", "Halal" və s. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

  • Başlıq: Yusif Şeyxov
  • Populyarlıq: 0.001
  • Tanınan: Writing
  • Ad günü: 1951-02-02
  • Doğum yeri: Baku, Azerbaijan SSR, USSR [now Azerbaijan]
  • Ana səhifə:
  • Başqa adla: Yusif Seyxov , Yusif Sheyxov, Юсиф Шейхов, Yusif Sheikhov, Yusif Sheixov
img

Yusif Şeyxov Filmlər

  • 1964
    imgFilmlər

    Sehrli Xalat

    Sehrli Xalat

    5.2 1964 HD

    Pioner təşkilatının 40 illiyi ilə əlaqədar olaraq Bakı pionerləri şənliklərə hazırlaşır. Tədbirə Moskvadan qonaq gələn sehrbaz...

    img
  • 2013
    imgFilmlər

    "Ağ-qara" gecələr

    "Ağ-qara" gecələr

    4.7 2013 HD

    img
  • 2004
    imgFilmlər

    Arxada Qalmış Gələcək

    Arxada Qalmış Gələcək

    1 2004 HD

    img
  • 1979
    imgFilmlər

    Yarımçıq qalmış mahnı

    Yarımçıq qalmış mahnı

    1 1979 HD

    img
  • 1978
    imgFilmlər

    Dantenin Yubileyi

    Dantenin Yubileyi

    1 1978 HD

    img
  • 2015
    imgFilmlər

    4.1 Şəhər Motivləri

    4.1 Şəhər Motivləri

    1 2015 HD

    img